Dünyanın ən bahalı klubu müəyyənləşib

Dünyanın ən bahalı klubu müəyyənləşib
15:32 31 May 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ İngiltərə "Mançester Yunayted"i Avropanın ən bahalı futbol klubu sayılıb. "Report"un məlumatına görə, KPMG auditor şirkəti apardığı araşdırma nəticəsində belə qənaətə gəlib.
"Qırmızı şeytanlar"a 3 milyard qiymət qoyulub. Sonrakə iki yeri 2,97 milyard avro dəyərə malik İspaniya "Real Madrid"i ilə 2,76 milyard avroluq "Barselona" tutur.
Şirkət ümumilikdə 32 klubdan ibarət siyahı tutub.
Araşdırmalar zamanı klubların gəlirliliyi, populyarlığı, idman nəticələri, stadionlara yiyələnmələri və teleyayım hüququnun məbləği kimi amillər nəzərə alınıb. KPMG 2014-2015 və 2015-2016 mövsümləri üzrə müvafiq informasiyaları analiz edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/dunyanin-en-bahali-klubu-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR