Avtomobil təkəri ilə döydü, qolunu qırdı, dişlərini çıxardı...

Əri başına avtomobil təkəri ilə vurdu, qolunu qırdı, dişlərini kəlbətinlə çıxardı...

Metbuat.az bildirir ki, hadisə Türkiyənin Kilis bölgəsində, suriyalı bir ailədə baş verib. Ailə münaqişəsi zəminində 35 yaşlı Haşish Ridvan uşaqlarının gözləri önündə 28 yaşlı həyat yoldaşı Raşe Ridvanı əvvəlcə döyüb, başına avtombil tərəkəri vurub, daha sonra kəlbətinlə dişlərini bir-bir çıxarıb. Qan içində qalan qadının fəryadına qonşular gəlib. O, təcili yardı avtomobili ilə qadın xəstəxanaya gətirilib. Polis baş verənlərlə bağlı qadının həyat yoldaşını nəzarətə götürüb. Lakin qadın həyat yoldaşından şikayətçi olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR