Bakıda 11 nəfəri ilan sancdı

Bakıda 11 nəfəri ilan sancdı
15:42 31 May 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda may ayı ərzində 12 nəfəri ilan sancıb.

Milli.Az xəbər verir ki, bu haqda modern.az-a Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

Baş toksikoloq deyib ki, ilan zəhərlənməsi ilə müraciət edənlərdən 4 nəfərinin vəziyyəti ağır olub.
 
"Onların hər birinə zərdab vurulub, lazımi tibbi yardım göstərilib. Vəziyyətləri stabilləşdikdən sonra evə buraxılıblar. İlan sancması ilə bağlı müraciət edənlərdən 1 nəfər Qəbələdən olub, qalan hamısı Bakıdandır".

O həmçinin qeyd edib ki, may ayı ərzində 3 sarı əqrəb sancması ilə bağlı müraciət daxil olub:

"Onlarda zəhərlənmə qeydə alınmayıb. Məsləhət verildikdən sonra evə buraxılıblar".

A.Maqsudovun sözlərinə görə ilan və sarı əqrəb sancması ilə bağlı müraciət edənlər arasında azyaşlılar olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR