İranın Əfqanıstandakı səfiri yaralandı

Əfqanistanın paytaxtı Kabildə səfirliklərin olduğu bölgədə baş verən partlayış zamanı İranın Əfqanıstandakı səfiri də yaralanıb.

Metbuat.az bildirir ki, bu barədə xarici media məlumat verib. Bildirilib ki, partlayış nəticəsində İran səfiri Məhəmməd Rəda Bərhami yaralanıb.

Baş verən hadisə ilə bağlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ərazidəki Türkiyə səfirliyinin qismən təxliyyə ediləcəyi ilə bağlı açıqlama verib.

Qeyd edək ki, Əsqaistan Daxili İşlər Nazirliyinin yaydığı son məlumata əsasən, partlayış nəticəsində 80 nəfər ölüb, 320 nəfər isə yaralanıb.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR