Uşaqların Beynəlxalq Müdafiəsi Günü Musiqili Teatrda qeyd olunacaq

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Musiqili Teatrda qeyd olunacaq
16:17 31 May 2017
Ölkə mətbuatı
A- A+

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycan Dövlət Musiqili Teatrında qeyd olunacaq.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, 67 ildir ki, bütün dünyada qeyd olunan 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Musiqili Teatrda konsert proqramı təşkil olunacaq. UNESCO-nun Assosiativ məktəblər şəbəkəsinin üzvü olan Bakı Avropa Liseyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə lisey şagirdlərinin ifasında dünyanın bir sıra xalqlarının rəqsləri nümayiş olunacaq.

Qeyd edək ki, 1991-ci ildən fəaliyyət göstərən Bakı Avropa Liseyinin əsas məqsədi istedadlı uşaqların intellektual və yaradıcı potensialının üzə çıxarılması və inkişafı, onların şəxsiyyətinin yüksək mənəvi və mədəni dəyərlərə əsaslanaraq formalaşdırılmasıdır. Bir sıra uğurlara imza atan Bakı Avropa Liseyi 2000-2005-ci illərdə "Fəal təlim və məktəb rəhbərliyi" layihəsi çərçivəsində UNİCEF tərəfindən fəal təlimə əsaslanan nümunəvi məktəb, 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "İlin ən yaxşı məktəbi", 2010-cu ildə "Məktəb uşağın dostudur" layihəsi çərçivəsində UNİCEF tərəfindən nümunəvi məktəb adına layiq görülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/549910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR