Azərbaycanda nazirə yeni vəzifə verildi

Azərbaycanda nazirə yeni vəzifə verildi
16:17 31 May 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasına sədr seçilib.


Fanat.Az verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov federasiyanın sədri vəzifəsini icra edəcək.


Qeyd edək ki, Cabbarov Azad Vaqif oğlu 1981-ci il 14 apreldə Lənkəran rayonunun Şovu kəndində anadan olmuşdur. 1998-2002-ci illərdə "Naxçıvan" Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasını bitirmişdir.


2002-ci ildə N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır. 2010-2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirmişdir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanda-nazir-yeni-vzif-verildi-t58447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR