"Qəbələ" klubu ilk futbolçu transferini həyata keçirib

"Qəbələ" klubu ilk futbolçu transferini həyata keçirib
16:37 31 May 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ "Qəbələ" klubu 2017/2018 mövsümü üçün ilk futbolçu transferini gerçəkləşdirib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ"dan ayrılan İlqar Qurbanovla 2 illik müqavilə bağlanılıb.
25 aprel 1986-cı ildə Bakıda anadan olan Qurbanov peşəkar futbolçu karyerasına 2004-cü ildə “Xəzər Lənkəran”da başlayıb. 2007-ci ilədək sözügedən komandada top qovan yarımmüdafiəçi 2009-2010-cu illərdə “Olimpik-Şüvəlan”, 2011 - 2017-ci illərdə “Qarabağ”ın formasını geyinib. Türkiyədə legioner həyatı yaşayan Qurbanov “Sivasspor” (2007-2008), “Boluspor” (2008-2009) və “Mersin İdman Yurdu”nda (2010-2011) çıxış edib. Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 187 matçda meydana çıxıb və 14 dəfə rəqib qapılarına yol tapıb. O, Azərbaycan milli komandasının heyətində 29 oyun keçirib və 1 qol vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-klubu-ilk-futbolcu-transferini-heyata-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR