20 nömrəli 11 illik musiqi məktəbinin müəllimləri Fəxri Fərmanlarla təltif olunub

20 nömrəli 11 illik musiqi məktəbinin müəllimləri Fəxri Fərmanlarla təltif olunub
16:37 31 May 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Konservatoriyasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbinin 50 illik yubileyi ilə əlaqədar konsert keçirilib.

Milli.Az bildirir ki, konserti giriş sözü ilə məktəbin direktoru Sevda Məmmədova açıq elan edərək 28 may "Respublika Günü" münasibəti ilə hərkəsi ürəkdən təbrik edib. Sonra Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov çıxış edib və məktəbin 50 illik yubileyi ilə əlaqədar 11 qabaqcıl müəllimi Fəxri Fərmanlarla təltif edib: fortepiano ixtisası üzrə-Ələsgərova Mehriban Səzail qızı, Sadıxova Sevinc Azəri qızı, Əhmədova Gülnarə Mursal qızı, İldarova Ruqiyyə Yəhya qızı, Zülfüqarova Rəna Ələsgər qızı, musiqi nəzəriyyəsi-Kərimova Sevil Şamil qızı, Dadaşova Larisa Vasilyevna, qanun- Cahangirova Kəmalə Əmrəli qızı, tar- Məmmədov Əflaruz Qulam oğlu, klarnet- Mirzəbəyov İlqar Yaşar oğlu, xor-Yatsenko Tatyana Nikolayevna.

Konsertdə musiqi məktəbinin istedadlı şagirdləri xalq çalğı alətləri orkestrı, nağaraçalanlar və skripkaçalanlar ansamblları və digər solo nömrələr ilə zəngin konsert proqramı təqdim ediblər.

Sonda Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Malik Quliyev çıxış edərək musiqi məktəbinin şagird və müəllim heyətini konsertin yüksək peşəkar bir səviyyədə keçiridiklərinə görə təbrik edib və onlara uğurlar arzu edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR