Moskvada hava yenidən pisləşəcək - Xəbərdarlıq

Moskvada hava yenidən pisləşəcək - Xəbərdarlıq
16:37 31 May 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar xəbərdarlıq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazirlik bildirir ki, iyunun 1-nə keçən gecə paytaxtda küləyin sürəti saniyədə 24 metrə çata bilər.

Həmçinin xilasedicilər elektrikötürücü xətlərin və ağacların aşması təhlükəsi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, mayın 29-da Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib. Güclü qasırğa nəticəsində həlak olanların sayı 16-ya çatıb, təqribən 150 nəfər xəsarət alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR