FHN XƏBƏRDARLIQ edir: Hava yenidən pisləşəcək

FHN XƏBƏRDARLIQ edir: Hava yenidən pisləşəcək
16:38 31 May 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar xəbərdarlıq edib.

Trend-in məlumatına görə, nazirlik bildirir ki, iyunun 1-nə keçən gecə paytaxtda küləyin sürəti saniyədə 24 metrə çata bilər.

Həmçinin xilasedicilər elektrikötürücü xətlərin və ağacların aşması təhlükəsi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, mayın 29-da Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib. Güclü qasırğa nəticəsində həlak olanların sayı 16-ya çatıb, təqribən 150 nəfər xəsarət alıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR