Fəxrəddin Manafovun "Son səhnəsi"nin aqibəti necə oldu?

Fəxrəddin Manafovun "Son səhnəsi"nin aqibəti necə oldu?
16:57 31 May 2017
Ölkə mətbuatı
A- A+

Xalq artisti Firəngiz Mütəllimova həmkarı Fəxrəddin Manafovla "Son səhnə" adlı filmə çəkildiyi haqda xəbər vermişdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, qorxu janrında olan film "ARŞ" şirkəti tərəfindən lentə alınırdı. Xəbərin üstündən uzun müddət keçsə də, filmin aqibəti haqda heç bir məlumat olmayıb.

F.Manafov əməkdaşımızla söhbətində çəkilişlərin təxirə salındığını deyib. Aktyor bildirib ki, yaradıcı heyətlə aralarında anlaşılmazlıqlar olub:

"Gənc birinin qorxulu filmlər çəkməyə böyük həvəsi var idi. Bu haqda söhbətlər oldu. Amma aramızda bəzi problemlər çıxdı. Ona görə də hələ təxirə salınıb. Yəqin gələcəkdə bunla bağlı bir xəbər olar".

F.Mütəllimova bildirmişdi ki, ekran işində türkiyəli aktrisalar da rol alacaq. Film həm Azərbaycan, həm də türkiyədə nümayiş ediləcəkdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/549932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR