Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov tarixi nailiyyətə imza atıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov tarixi nailiyyətə imza atıb
17:02 31 May 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ FIDE dünya şahmatçılarının yeni reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 5-ci pilləyə yüksəlib.
O, ölkə tarixində ilk dəfə 2800 reytinq xalı əldə edib. Hazırda Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsen (2832), ABŞ təmsilçisi Uesli So (2812), rusiyalı Vladimir Kramnik (2808) və daha bir amerikalı Fabiano Karuanadan (2805) geri qalır. Əvəzində 32 yaşlı şahmatçı ermənistanlı Levon Aronyan (2793) və hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand (2786) kimi tanınmış şahmatçıları qabaqlayır.
Azərbaycanın digər təmsilçilərindən Teymur Rəcəbov 2724 xalla 28-ci, Arkadi Naydiç 2710 xalla 37-ci, Rauf Məmmədov 2689 xalla 58-ci, Eltac Səfərli isə 2656 xalla 97-cidir.  

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-sahmatcisi-sehriyar-memmedyarov-tarixi-nailiyyete-imza-atib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR