Tramp ABŞ-ı beynəlxalq razılaşmadan çıxarır

Tramp ABŞ-ı beynəlxalq razılaşmadan çıxarır
17:03 31 May 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp iqlim üzrə Paris razılaşmasından çıxmaq barədə qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu haqda məlumatlı mənbələrə istinadən “Axios” xəbərlər şirkətinin saytı bildirib.

Məlumata görə, kiçik qrup razılaşmadan çıxış üzrə detallar üzərində işləyir. Ətraf mühitin qorunması üzrə Agentliyin başçısı Skott Pryutt qrupa daxildir.

Donald Tramp prezidentliyinin ilk 100 günü ərzində qlobal iqlim dəyişikliyi ilə bağlı Paris razılaşmasından ABŞ-ın imzasını geri çəcəkəcəyini bəyan etmişdi. Lakin bu vədi deyildiyi vaxtda yerinə yetirmək mümkün olmayıb.

Tramp iqlim dəyişikliyi ilə bağlı elmi araşdırmaları dəfələrlə “fantastika” adlandırıb.

Amma o, razılaşmadan imzasını geri çəkmək istəsə belə, ABŞ hüquqi olaraq daha 4 il razılaşma üzrə öhdəlikləri yerinə yetirməlidir. “New York Times” nəşrinin yazdığına görə, onun ABŞ-ın iqlim siyasətini tamamilə dəyişdirməsinə maneə olacaq bir sıra qanunlar və prosedurlar var.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR