Azərbaycanda yeni seysmik stansiyalar quraşdırılıb

Azərbaycanda yeni seysmik stansiyalar quraşdırılıb
17:08 31 May 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanın bir neçə rayonunda müvəqqəti seysmik stansiyalar quraşdırılıb.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Trend-ə verilən məlumata görə, amerikalı seysmoloqların iştirakı ilə "Böyük və Kiçik Qafqazın strukturu və üstəgəlməsi proqramı" çərçivəsində seysmotomoqrafiya işlərinin aparılmasına başlanılıb.

Proqram çərçivəsində Neftçala, Hacıqabul, Qusar və Göyçay rayonlarında müvəqqəti seysmik stansiyalar quraşdırılıb.

Stansiyaların quraşdırılması işlərində RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və mərkəzin əməkdaşları ilə yanaşı, amerikalı mütəxəssislər - ABŞ-ın Missuri Universitetinin professoru Sandvol Eric Alan və həmin müəssisənin əməkdaşı Gunnels Maykl James də iştirak ediblər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2761124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR