Elman Nəsirov: Donald Trampın məktubları rəsmi Vaşinqtonun Azərbaycana xoşməramlı münasibəti kimi dəyərləndirilə bilər

Elman Nəsirov: Donald Trampın məktubları rəsmi Vaşinqtonun Azərbaycana xoşməramlı münasibəti kimi dəyərləndirilə bilər
17:08 31 May 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika günü və Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar məktublar göndərməsi çox böyük siyasi əhəmiyyətə malikdir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Onun sözlərinə görə, bu hadisə rəsmi Vaşinqtonun Azərbaycanla əməkdaşlığa önəm verməsinin daha bir nümunəsidir: "Bu münasibət onu göstərir ki, ABŞ Azərbaycanın Cənubi Qafqazda rolunu və mövqeyini yüksək qiymətləndirir. Birləşmiş Ştatlar Azərbaycanı zəngin enerji ehtiyatlarına malik ölkə kimi dəyərləndirir. Eyni zamanda Ağ Ev administrasiyası Azərbaycanın Avropanın enerji təhlükəsizliyində hansı mühüm rola malik olduğunun fərqindədir. ABŞ prezidentinin məktublarından belə qənaətə gəlmək olar ki, Tramp Azərbaycanı təhlükəsiz, dinamik inkişaf edən ölkə kimi dəyərləndirir".

Millət vəkilinin sözlərinə görə, Barak Obamanın 8 illik hakimiyyəti dövründə Cənubi Qafqaz regionu beynəlxalq siyasətdən kənarda qalmışdı: "Amma Donald Tramp hakimiyyətə gələndən sonra xarici siyasətində fərqli yanaşmalar müşahidə olundu. Trampın Azərbaycan Prezidentinə təbrik məktubları yazması bir daha onu göstərir ki, ABŞ - Azərbaycan münasibətlərinin dinamik inkişaf etməsində çox böyük imkanlar var. Bu məktublar həmçinin rəsmi Vaşinqtonun Azərbaycana xoşməramlı münasibəti kimi dəyərləndirilə bilər. Bu həm də Donald Trampın Azərbaycan prezidentinin yürütdüyü müstəqil xarici siyasəti bəyənməsi, dəstəkləməsi kimi xarakterizə edilə bilər".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2761119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR