Prezident yeni gəmilərin açılışında

Prezident yeni gəmilərin açılışında
17:09 31 May 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

 

Mayın 31-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının “Cəbrayıl” və “Qubadlı” yeni təchizat gəmilərinin istismara verilməsi mərasimi keçirilib.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, prezident İlham Əliyev mərasimdə iştirak edib.

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Qubadlı” və “Cəbrayıl” təchizat gəmilərinin texniki göstəriciləri, təyinatı barədə dövlət başçısına məlumat veriblər.

 

Bildirilib ki, hər iki gəmi SOCAR-ın dəniz obyektlərinə xidmət edən köhnə gəmiləri əvəzləyəcək. Gəmilərdən biri SOCAR-a məxsus “28 May”, digəri isə “Ümid” yatağındakı platformalara xidmət göstərəcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR