Qəbiristanlıqda silah tapıldı - Azərbaycanda

Qəbiristanlıqda silah tapıldı - Azərbaycanda
17:12 31 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabulda qəbiristanlıqdan silah tapılıb.

Milli.Az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Penitensiar Xidməti Baş İdarəsinin, Bakı İstintaq təcridxanasının və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Hacıqabul şəhər qəbiristanlığında torpağa basdırılmış 1 ədəd "PSM" markalı tapança aşkarlanaraq götürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR