Barmağını kəsən dul qadınlar

İndoneziyanın Dani qəbiləsinin dul qadınları barmaqlarını kəsir.

Metbuat.az xəbər verir ki, meşənin dərinliklərində yaşayan qəbilə geyimi, adətləri və yaşayış tərzinə görə qeyri-adiliyi ilə fərqlənir.

Dani qəbiləsinin əri ölən qadınları dəfn mərasimi zamanı barmaqlarından birinin üst hissəsini kəsir, külü üzlərinə sürtürlər. Barmağı isə əsasən ailə üzvlərindən biri kəsir. Qanaxmanın qarşısını almaq üçün yara dağlanır.

Dani qəbiləsi bu adəti kədərin simvolu kimi qəbul edir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR