Donald Tramp Paris iqlim sazişini dəstəkləməyib

Donald Tramp Paris iqlim sazişini dəstəkləməyib
17:22 31 May 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Paris iqlim sazişindən çıxmasına dair qərar qəbul edib.
"Report" xəbər verir ki, bu barədə "Axios" onlayn nəşri məlumatlı mənbələrə istinadən informasiya yayıb.
Nəşr mənbəyinə istinadən xəbər verib ki, sazişdən çıxış prosesi ilə ABŞ-ın Ətraf Mühitin Mühafizəsi İdarəsinin administratoru Skott Pryuittin rəhbərliyi altında ekspertlər qrupu məşğul olacaq.
Qeyd edək ki, mayın 27-də Siciliya adasında başa çatan sammitdə Donald Tramp "G7" ölkələrinin liderlərinə qoşulmaqdan və karbon qazı tullantılarının atmosferə atılmasının məhdudlaşdırılmasını və iqlim dəyişiklikləri ilə mübarizə üzrə bir sıra digər tədbirləri nəzərdə tutan Paris sazişini dəstəkləməkdən imtina edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-tramp-paris-iqlim-sazisini-desteklemeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR