Bakıda Dövlətlərarası Aviasiya Komitəsi və Türkiyə Mülki Aviasiya Baş Direktorluğu arasında memorandum imzalanıb

Bakıda Dövlətlərarası Aviasiya Komitəsi və Türkiyə Mülki Aviasiya Baş Direktorluğu arasında memorandum imzalanıb
17:22 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Bakıda yerləşən qərargahında Dövlətlərarası Aviasiya Komitəsi (DAK) və Türkiyə Mülki Aviasiya Baş Direktorluğu arasında uçuşa yararlıq sahəsində Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

Dövlətlərarası Aviasiya Komitəsindən Trend-ə verilən məlumata görə, memorandum Tərəflərin mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş standartların və prosedurların qarşılıqlı öyrənilməsi üzrə uzunmüddətli fəaliyyətinin nəticəsidir. Sözügedən memorandum tərəflər arasında bu sahədə əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.

Memorandum Tərəflərin hava gəmilərinin sertifikasiyası üzrə DAK-ın Aviasiya Registri və Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğnun Uçuşa Yararlılıq Departamenti tərəfindən hazırlanan İş prosedurlarının imzalanması niyyətini təsbit edir. Bu, Rusiyanın Ка-32А11ВС helikopterlərinin Türkiyəyə tədarükü layihəsini reallaşdırmağa imkan verəcək. Türkiyə tərəfinin layihədə marağı bir daha təsdiq edilmişdir. Ка‑32А11ВС helikopteri DAK-ın Aviasiya Registri və Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) etibarlı sertifikatına malikdir ki, bunun da sayəsində helikopter Avropanın və dünyanın bir çox ölkəsində uğurla istismar olunur. Son vaxtlar onun "yanğınsöndürən" variantı xüsusilə tələb olunandır.

Tərəflər istər uçuşa yararlılıq, istərsə də uçuşların təhlükəsizliyinin təmin olunması üzrə digər sahələrdə gələcək səmərəli əməkdaşlığa əminliklərini ifadə ediblər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2761140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR