Zaur Qəhrəmanov: "SOCAR-a Türkiyədə yanacaqdoldurma şəbəkəsi 2020-ci ildə lazım olacaq"

Zaur Qəhrəmanov: "SOCAR-a Türkiyədə yanacaqdoldurma şəbəkəsi 2020-ci ildə lazım olacaq"
17:22 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ “SOCAR Turkey Enerji A. Ş.” şirkəti 2020-ci ildə Türkiyədə yanacaqdoldurma şəbəkəsi yarada bilər.
“Report” xəbər verir ki, bunu “SOCAR Turkey Enerji A. Ş.”-nin baş direktoru Zaur Qəhrəmanov jurnalistlərə bildirib.
“Biz hələ ki, tələsmirik. “STAR” neft emalı zavodu (NEZ) 2018-ci ildə istismara veriləcək. 2019-cu ildə isə zavod layihədə nəzərdə tutulan gücdə (10 mln. ton) işləyəcək. Bizə yanacaqdoldurma şəbəkəsi 2020-ci ildə lazım olacaq. Bu şəbəkə tsiklimizin inteqrasiyasının davamlılığı nöqteyi-nəzərindən lazımdır. Yanacaqdoldurma şəbəkəsi olmadan da keçinə bilərik, amma yanacaqdoldurma şəbəkəsi ilə tsiklimiz tam olacaq və daha çox qazanacağıq”, - deyə Z.Qəhrəmanov qeyd edib. 
Şirkət rəhbəri yanacaqdoldurma şəbəkəsi üçün iki varianta baxıldığını qeyd edib: “İki varianta baxırıq: ya mövcud yanacaqdoldurma şəbəkəsini almaq, ya da yenisini yaratmaq”.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/zaur-qehrimanov-socar-a-turkiyede-yanacaqdoldurma-sebekesi-2020-ci-ilde-lazim-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR