“İçerde”nin məşhur qardaşlarından biri qurban gedəcək – VİDEO

“İçerde”nin məşhur qardaşlarından biri qurban gedəcək – VİDEO
17:38 31 May 2017
132 Şou
Ölkə mətbuatı
A- A+

Baş rollarında Cağatay Ulusoy və Araz Bulud İynemlinin oynadığı “İçerde” serialı finala yaxınlaşır.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yüksək reytinqli ekran işinin final seriyası iyun ayının 19-da yayımlanacaq.

Məlum olub ki, ekran işinin son seriyası İstanbuldakı məşhur arenalardan birində iri monitorda yayımlanacaq. Son seriyasını serialın heyəti də tamaşaçılarla birlikdə izləyəcək. Bu, Türkiyə televiziya tarixində ilk olacaq.

“Posta” qəzetinin yazarı və tanınmış aparıcı Məsut Yar serialın finalı ilə bağlı artıq bir neçə versiya irəli sürüb. Onun sözlərinə görə, serial xoşbəxt sonluqla bitməyəcək. Ya baş rol qəhrəmanları olan qardaşların hər ikisi, ya da biri finalda öləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/200837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR