Bakı-Sumqayıt yolunda manyak peyda oldu

Bakı-Sumqayıt yolunda, “Riyad” ticarət mərkəzinin yaxınlığında manyak peyda olub.

Şahidlərin verdiyi məlumata görə, yoldan keçən xanımlara, qızlara, qadınlara öz cinsiyyət orqanını göstərən bu şəxs, demək olar ki, hər gün həmin ərazidə dayanıb, öz çirkin əməlini həyata keçirir.

Qonşu ölkə Türkiyədə bu kimi hərəkətlər edən şəxsləri bir neçə il həbs cəzası gözləyir. Bəs Azərbaycanda bu kimi hallara qarşı hansısa məsuliyyət nəzərdə tutulub?

Vəkillər kollegiyasının üzvü, tanınmış vəkil Asif Abdullayev açıqlamasında bu kimi halların xuliqanlıq sayıldığını, amma bu əməldə kiməsə qarşı zor tətbiq edilmədiyindən həmin əməlin xırda xuliqanlıq hesab edildiyini və inzibati məsuliyyətə səbəb olduğunu bildirdi.

“Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan, yüz manatadək məbləğdə cərimə edilir. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən cəza İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulub”. //Oxu.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR