“SOCAR Turkey” böyük elektrik kompleksinin inşasını planlaşdırır

“SOCAR Turkey” böyük elektrik kompleksinin inşasını planlaşdırır
17:42 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ “SOCAR Turkey” şirkəti “Petkim” neft-kimya kompleksinin və “STAR” neft emalı zavodunun (NEZ) enerji ilə təminatı üçün böyük elektrik kompleksinin inşasını planlaşdırır.
“Report” xəbər verir ki, bunu “SOCAR Turkey Enerji A. Ş.”-nin baş direktoru Zaur Qəhrəmanov Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, layihənin dizayn və mühəndislik işləri artıq yekunlaşıb: “Bu ilin ortalarında tender elan ediləcək və böyük elektrik kompleksi inşa olunacaq”.
Z.Qəhrəmanov layihənin böyük ehtimalla qazla işləyəcəyini qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-turkey-boyuk-elektrik-kompleksinin-insasini-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR