Ər-Riyadda naməlum şəxs məktəbdə atəş açıb, ölənlər var

Ər-Riyadda naməlum şəxs məktəbdə atəş açıb, ölənlər var
17:42 31 May 2017
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda özəl məktəbdə açılan atəşlər nəticəsində 2 nəfər həlak olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin bəyanatında deyilir.
Hələlik cinayətkarın şəxsiyyətini dəqiq müəyyənləşdirmək mümkün olmayıb.
Daha əvvəl Səudiyyə KİV-in yaydığı məlumata əsasən, ilkin ehtimallara görə, atəşi məktəb rəhbərliyi ilə münaqişə yaşayan iraqlı müəllim açıb. Səudiyyə Ərəbistanı vətəndaşı həlak olub, Banqladeşdən olan məktəb işçisi yaralanıb.
Təhlükəsizlik qüvvələri hələ də məktəbin içində olan hücum edən şəxsi yaxalamağa çalışır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/er-riyadda-namelum-sexs-mektebde-ates-acib-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR