Gürcü Bakı klubunu Skandinaviya təmsilçisinə dəyişir - SON DURUM

Gürcü Bakı klubunu Skandinaviya təmsilçisinə dəyişir  - SON DURUM
17:47 31 May 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Paraqvaylı Sezar Meza Kolliylə yeni müqavilə şərtlərini razılaşdıra bilməyən "Zirə" rəhbərliyi daha bir futbolçusunu itirə bilər. Fanat.Az-ın əldə etdiyi məlumata görə gürcü yarımmüdafiəçi Georgi Qoroziya da Meza Kolli kimi maaşının artırılmasını istəyir.


"Zirə"yə Tippeliqa təmsilçisi "Stabek"dən gələn legionerin eyni vaxtda 2 Norveç təmsilçisinin maraq dairəsinə düşməsi vəziyyəti qəlizləşdirib. Baş məşqçi Ayxan Abbasovun Avroliqa ərəfəsində itirmək istəmədiyi yarımmüdafiəçi müqavilə şərtləriylə razılaşmayacağı halda, "qartallar"ın sıralarını tərk edəcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-gurcu-bak-klubunu-skandinaviya-tmsilcisin-dyiir-t58450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR