880 abituriyent imtahana gəlmədi, 5 abituriyentin nəticələri ləğv edildi

880 abituriyent imtahana gəlmədi, 5 abituriyentin nəticələri ləğv edildi
17:50 31 May 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 27-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 24584 abituriyentdən 880 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 5 abituriyentin imtahan nəticələri ləğv edilib.

Qeyd edək ki, iyunun 11-də keçiriləcək növbəti sınaq imtahanına yazılış davam edir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2761157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR