"Madrid prinsipləri ləğv edilməlidir" - Erməni general

"Madrid prinsipləri ləğv edilməlidir" - Erməni general
17:52 31 May 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın keçmiş baş qərargah rəisi (1992-1995-ci illərdə), 1993-cü ildə müdafiə nazirinin vəzifələrini icra edən general-leytenant Norat Ter-Qriqoryants sərsəm bəyanatla çıxış edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Ter-Qriqoryants hesab edir ki, Madrid prinsipləri ləğv olunmalıdır. 

Erməni general müsahibəsində açıq-aşkar Azərbaycan torpaqlarının qaytarılmasına qarşı olduğunu bəyan edib. 

"Onlar Madrid prinsipləri ətrafında danışıqlar aparır. Əraziləri qaytarmaq nə deməkdir? Nə qaytarmaq, kim qaytarır? Bu, Rusiya Federasiyasının Azərbaycana ötürdüyü erməni ərazisidir. Həmin müqavilənin ləğv edilməsi üçün Rusiya ilə danışıqlar aparılmalıdır"- erməni general təxribatçı çıxışında deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR