Braziliya və Çin 20 mlrd. dollarlıq investisiya fondu yaradır

Braziliya və Çin 20 mlrd. dollarlıq investisiya fondu yaradır
17:57 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Braziliya və Çin mayın 30-da infrastruktur və sənaye texnologiyaları sahəsində layihələrin maliyyələşdirilməsi üçün Braziliyada ortaq investisiya fondunun yaradılmasına dair saziş imzalayıb. "Report" "TASS" agentliyinə istinadən bildirir ki, bu barədə Braziliya prezidenti Mişel Tamerin mətbuat xidmətindən bildirilib.
Sənəd Braziliyanın San-Paulu şəhərində mayın 30-da başlayan beynəlxalq investisiya forumu çərçivəsində imzalanıb. Fondun ilkin büdcəsi 20 mlrd. ABŞ dolları həcmində olacaq. Bu vəsaitin 25%-i Braziliya, qalanı isə Çin tərəfindən maliyyələşdiriləcək. Fondun iyun ayının 1-dən etibarən fəaliyyətə başlayacağı ehtimal olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/braziliya-ve-cin-20-mlrd-dollarliq-investisiya-fondu-yaradir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR