PSJ transfer bomasını partlatdı - 70 milyon avro

PSJ transfer bomasını partlatdı -   70 milyon avro
17:57 31 May 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Dortmund "Borussiya"sından ayrılmağa hazırlaşan Pyer-Emerik Aubameyanq Fransaya transfer olur. Fanat.Az xəbər verir ki, qabonlu futbolçu PSJ-yə keçir.


"Yahoo Sports"un əldə etdiyi məlumata görə, artıq iki klub arasında razılıq əldə olunub. PSJ bu transferə görə "Borussiya"ya 70 milyon avro ödəyəcək. Futbolçu özü ilə 6 milyon avro imza haqqı və illik 10 milyon avro maaş alacaq.


Qeyd edək ki, Aubameyanq "Borussiya"nın heyətində keçirdiyi 189 matçda 120 qol vurub və 33 məhsuldar ötürmə edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-psj-transfer-bomasn-partlatd-t58451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR