Rusiya Moldovanın 5 diplomatını “arzuolunmaz şəxs” elan edib

Rusiya Moldovanın 5 diplomatını “arzuolunmaz şəxs” elan edib
17:57 31 May 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyi Moldovanın Moskvadakı səfirliyinin 5 əməkdaşını “arzuolunmaz şəxs” (“persona-non-qrata”) elan edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Moskva hesab edir ki, Kişineu Rusiyaya münasibətdə fəaliyyətinin səmərəsiz olacağını dərk edəcək”, - Rusiya XİN-nin açıqlamasında vurğulanıb. 
Rusiya XİN oxşar addımı Estoniyaya qarşı da atıb. 
Qeyd edək ki, ötən gün Moldova XİN Rusiyanın ölkədəki səfirliyinin 5 diplomatını “persona –non-qrata” elan edib.
Xatırladaq ki, Estoniya XİN bir neçə gün əvvəl Rusiyanın ölkədəki baş konsulu və konsulunu “arzuolunmaz şəxs” elan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-moldovanin-5-diplomatini-arzuolunmaz-sexs-elan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR