Siyavuş Novruzov: Donald Trampın məktubları Azərbaycanla ABŞ arasındakı münasibətlərin inkişafını özündə əks etdirir

Siyavuş Novruzov: Donald Trampın məktubları Azərbaycanla ABŞ arasındakı münasibətlərin inkişafını özündə əks etdirir
18:01 31 May 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan həmişə Amerika Birləşmiş Ştatları ilə iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıq edib, həmçninin terrorizmə qarşı birgə mübarizə aparıb.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktublarına münasibət bildirərkən deyib.

S.Novruzov bildirib ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət aparır və hər bir dövlət ilə qarşılıqlı münasibətlərini qurur: “ABŞ-ın başlatdığı antiteror əməliyyatlarına qoşulan ilk ölkələrdən biri Azərbaycan oldu və bu gün Azərbaycan ordusu Əfqanıstanda sülhyaratma prosesində iştirak edir. Bundan əvvəl isə İraqda, Kosovada da bu prosesdə iştirak edib. Yəni Azərbaycan hərtərəfli şəkildə bu prosesə öz töhfəsini verir”.

S.Novruzov əlavə edib ki, əfsuslar olsun ki, müəyyən şəxslər, təşkilatlar və müəyyən maraqlı qruplar, xüsusilə də erməni lobbisi və onların maliyyələşdirdiyi təşkilatlar Azərbaycanın həm ABŞ, həm də digər dövlətlərlə münasibətlərinə xələr gətirməyə çalışıblar: “Müxtəlif təşkilatlar, o cümlədən “Freedom House”, “Human Rights Watch”, Sərhədsiz Repartyorlar və digər təşkilatlar ABŞ və digər ölkələr adından, ABŞ-ın ayrı-ayrı strukturları adından heç bir əsası olmayan bəyanatlar yaymağa, dinləmələr keçirməyə çalışıblar. ABŞ Prezidenti Donald Trampın məktubları isə Azərbaycanla ABŞ arasındakı münasibətlərin inkişaf etdirilməsini özündə əks etdirir. Bu baxımdan mən bu məktubları yüksək qiymətləndirirəm və hesab edirəm ki, gələcəkdə də bu münasibətlər davam edəcək”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2761171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR