"Qəbələ" nəhayət bu transferi etdi

"Qəbələ" nəhayət bu transferi etdi
18:12 31 May 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən "Qəbələ" heyətini İlqar Qurbanovla gücləndirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirən "qırmızı-qaralar" 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.

25 aprel 1986-cı ildə Bakıda anadan olan Qurbanov peşəkar futbolçu karyerasına 2004-cü ildə "Xəzər Lənkəran"da başlayıb. 2007-ci ilədək sözügedən komandada top qovan yarımmüdafiəçi 2009-2010-cu illərdə "Olimpik-Şüvəlan", 2011-2017-ci illərdə "Qarabağ"ın formasını geyinib. Türkiyədə legioner həyatı yaşayan Qurbanov "Sivasspor" (2007-2008), "Boluspor" (2008-2009) və "Mersin İdman Yurdu"nda (2010-2011) çıxış edib.
 
Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 187 matçda meydana çıxıb və 14 dəfə rəqib qapılarına yol tapıb. İlqar Qurbanov Azərbaycan milli komandasının heyətində 29 oyun keçirib və 1 qol vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR