Funt sterlinq parlament seçkiləri ərəfəsində ucuzlaşmağa başlayıb

Funt sterlinq parlament seçkiləri ərəfəsində ucuzlaşmağa başlayıb
18:17 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ İyunun 8-də Böyük Britaniyada keçiriləcək növbədənkənar seçkilər səbəbindən funt sterlinq ucuzlaşmağa başlayıb. 
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, ucuzlaşmağa səbəb son keçirilən sorğularda Baş nazir Tereza Meyin Mühafizəkar Partiyasının səs çoxluğu qazanmamaq riskinin artmasıdır.
"YouGov" araşdırma şirkətinin sorğusu göstərib ki, Tereza Meyin partiyası 330 yerdən 20-ni itirə, müxalif Leyborist Partiyası isə 30 əlavə yer qazana bilər.
Xəbərin açıqlanmasından sonra məzənnə 1,28 USD/GBP səviyyəsindən aşağı düşüb. Mayın 30-u ilə müqayisədə funt 0,5% ucuzlaşıb. Analitiklər seçkilərə qədər məzənnənin 1,25-1,26 USD/GBP səviyyəsinə düşə biləcəyini proqnozlaşdırırlar.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/funt-sterlinq-parlament-seckileri-erefesinde-ucuzlasmaga-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR