Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki video-müşahidə vasitəsi ələ keçirilib

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki video-müşahidə vasitəsi ələ keçirilib
18:37 31 May 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmən mövqelərindən birində quraşdırılmış video-müşahidə vasitəsi bölmələrimiz tərəfindən xüsusi üsulla ələ keçirilib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
Qurğunun ilkin araşdırılması nəticəsində onun hava şarı (zond), kiçik həcmli paraşüt, penoplast qutunun içərisinə yerləşdirilmiş kamera, müxtəlif ötürücü antena və naqillərdən ibarət olmaqla kustar üsulla hazırlandığı müəyyən edilib.
Ermənistanın hərbi-siyasi rəhbərliyinin qoşunların qarşıdurma xəttindəki postlarının guya ABŞ istehsalı olan ən müasir video-müşahidə vasitələri ilə təmin olunması barədə verdikləri bəyanatların mif olduğu və Ermənistanın daxili auditoriyasına hesablandığı bir daha təsdiqlənib.




Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ermenistan-silahli-quvvelerinin-cebhe-xettindeki-video-musahide-vasitesi-ele-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR