Rusiya 5 diplomatı "arzuolunmaz şəxs" elan etdi

Rusiya 5 diplomatı "arzuolunmaz şəxs" elan etdi
18:42 31 May 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Xarici İşlər Nazirliyi Moldovanın Moskvadakı səfirliyinin 5 əməkdaşını "arzuolunmaz şəxs" ("persona-non-qrata") elan edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

"Moskva hesab edir ki, Kişineu Rusiyaya münasibətdə fəaliyyətinin səmərəsiz olacağını dərk edəcək", - Rusiya XİN-nin açıqlamasında vurğulanıb. 

Rusiya XİN oxşar addımı Estoniyaya qarşı da atıb. 

Qeyd edək ki, ötən gün Moldova XİN Rusiyanın ölkədəki səfirliyinin 5 diplomatını "persona -non-qrata" elan edib.

Xatırladaq ki, Estoniya XİN bir neçə gün əvvəl Rusiyanın ölkədəki baş konsulu və konsulunu "arzuolunmaz şəxs" elan edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR