"İnciklikdən söhbət gedə bilməz" - İlqar Qurbanov

"İnciklikdən söhbət gedə bilməz"  - İlqar Qurbanov
19:07 31 May 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

“Düzü, “Qarabağ”da qalmaq istəyirdim. Ancaq yeni müqavilə təklifi almadığım üçün özümə klub axtarmalı oldum”. Bu sözləri Fanat.Az-a açıqlamasında “Qəbələ”nin yeni transferi İlqar Qurbanov deyib.


Qurbanov 2011-ci ildən formasını geyindiyi Ağdam təmsilçisindən incik ayrılmadığını vurğulayıb: "Peşəkar futbolçuyam və burda qeyri-adi nəsə görmürəm. İnciklikdən söhbət gedə bilməz". 


“Qırmızı-qaralar”la ikiillik müqavilə bağlayan futbolçu seçiminə belə aydınlıq gətirib: “Üç Azərbaycan klubu və Türkiyə təmsilçisindən təklif almışdım. Adlarını açıqlamağım nəyisə dəyişməyəcək. Ən düzgün seçimi etdiyimə əminəm. Artıq “Qəbələ”nin futbolçusuyam və bu klubun uğurları üçün çalışacam. Daha çox forma şansı qazanmaq, komandama fayda vermək əsas məqsədimdi. “Qəbələ” ardıcıl 2 il Avroliqanın qrupunda oynayıb. Qarşıda yenə avrokubok matçları var. Məqsədimizə doğru irəliləməliyik”.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotnciklikdn-sohbt-ged-bilmzquot-t58453.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR