ABŞ səfiri: "Azərbaycanla birgə fəaliyyət göstəririk"

ABŞ səfiri: "Azərbaycanla birgə fəaliyyət göstəririk"
19:29 31 May 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

"ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyində Neft və Qaz Sərgisi Avropada enerji təhlükəsizliyinin təmin olunmasına yönəlib".

 

APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda keçirilən Neft və Qaz Sərgisi çərçivəsində ABŞ və Böyük Britaniya səfirlikləri tərəfindən təşkil edilən qəbul zamanı deyib. O xatırladıb ki, bu gün sərgidə ABŞ prezidenti Donald Trampın məktubunu oxuyub və məktubda Azərbaycanın ABŞ-ın tərəfdaşı olduğu qeyd edilib: "Azərbaycanda keçirilən iqtisadi islahatların əsas məqsədi Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasıdır. Biz terrorizmlə mübarizədə Azərbaycanla birgə fəaliyyət göstəririk. Donald Trampın məktubunda da qeyd olunub ki, biz münaqişə tərəflərini Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində bir araya gətirmək səylərimizə sadiqik. O bildirib ki, ABŞ Azərbaycan xalqının yanındadır. Biz iqtisadiyyat, təhlükəsizlik və demokratik prinsiplər sahəsində əməkdaşlığı davam etdirməyə hazırıq"


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275872

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR