Milli startapçılar beynəlxalq “Startup Village” müsabiqəsinin yarımfinalında iştirak edəcəklər

Milli startapçılar beynəlxalq “Startup Village” müsabiqəsinin yarımfinalında iştirak edəcəklər
19:32 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rusiya Federasiyasının “Skolkovo” Fondu və “Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC-nin birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş “Açıq İnnovasiyalar üzrə Startap Turu”nun (Open Innovations Startup Tour) azərbaycanlı qalibləri “Startup Village” müsabiqəsinin yarımfinalında iştirak edəcəklər.
Nazirlikdən "Report"a daxil olan məlumata görə, iyunun 6-7-də Skolkovo İnnovasiya Mərkəzində təşkil ediləcək startap-müsabiqəsinin yarımfinalında Azərbaycandan Arif Mövsümzadə, Aleksey Cəfərov və Fidan Rüstəmovadan ibarət "Spinal" komandasının "Lia" layihəsi, Orxan Əhmədovun "Kvotter" layihəsi, Şahlar Paşayevin "Sağlam Yaşam platforması" layihəsi təmsil olunacaq.
Ümumilikdə tədbirdə 20 000-dən çox iştirakçı, 3 500 startap və 600-dən çox investorların iştirakı nəzərdə tutulur.
Azərbaycandan olan startapların həmin müsabiqədə iştirakı potensial investorlar qarşısında öz layihələri haqqında ətraflı məlumat verməyə, həmçinin beynəlxalq bazarlara çıxış imkanları əldə etməyə əlverişli şərait yaradacaq.
Xatırladaq ki, Rusiya və MDB məkanında innovativ startapların axtarışı üzrə ən böyük tədbir sayılan “Açıq İnnovasiyalar üzrə Startap Turu” bu il aprelin 17-18-də Bakıda baş tutub.Əsas məqsədi yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək vermək olan tura 235 iştirakçı, 82 layihə müraciət edib, onlardan 15 layihə iştirak hüququ qazanıb.
“Startup Village” startap-müsabiqəsi “Açıq İnnovasiyalar üzrə Startap Turu” çərçivəsində keçirilən ənnəvi tədbirdir və Avropada ən böyük startap müsabiqələrindən hesab olunur. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/milli-startapcilar-beynelxalq-startup-village-musabiqesinin-yarimfinalinda-istirak-edecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR