ABŞ rəsmis: "Cənub Qaz Dəhlizi ilə bağlı yaranan hər hansı problemlə bağlı danışıqlar aparırıq"

ABŞ rəsmis: "Cənub Qaz Dəhlizi ilə bağlı yaranan hər hansı problemlə bağlı danışıqlar aparırıq"
19:37 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan "Cənub Qaz Dəhlizi" layihəsində yaranan gecikmələrə münasibət bildirib. 
"Report"un məlumatına görə, amerikalı diplomat jurnalistlərə açıqlamasında deyib ki, Cənub Qaz Dəhlizi kimi bir çox ölkələrin ərazisindən keçən layihələrdə açıq dialoqun olması vacibdir. 
Onun sözlərinə görə, hazırda ABŞ hökuməti "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı yaranan hər hansı problemlə bağlı danışıqlar aparır: "ABŞ hökuməti olaraq biz müvafiq ölkələrdəki səfirlərimiz, həmçinin, Azərbaycandakı səfirimiz, eyni zamanda federal hökumət səviyyəsində bu məsələ dialoq yolu ilə həlli istiqamətində danışıqlar aparırıq. Biz hesab edirik ki, bu layihə həm Avropa, həm də qlobal bazarda şaxələnməyə, yeni iş yerlərinin açılmasına xidmət edəcək".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-resmis-cenub-qaz-dehlizi-ile-bagli-yaranan-her-hansi-problemle-bagli-danisiqlar-apaririq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR