"Societe Generale" maliyyə bazarları üçün əsas riskləri sadalayıb

"Societe Generale" maliyyə bazarları üçün əsas riskləri sadalayıb
19:42 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın vergiləri endirmək barədə planlarının həyata keçirilməsində uğursuzluq qlobal maliyyə bazarları üçün ən böyük riskdir. 
"Report", "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə proqnoz Fransanın "Societe Generale" bankının analitikləri tərəfindən verilib.
Bank D.Trampın vergiləri endirmək planının həyata keçirilməməsi riskini 30% hesab edir. Nəticədə, ABŞ iqtisadiyyatının 2018-ci ildə kəskin yavaşlaması ehtimal olunur. Bankın analitikləri bildiriblər ki, Çinin sərt iqtisadi siyasətə keçməsi, ABŞ-ın hansı addım atacağının vacibliyini artırıb: "Çində inflyasiyanın azalmasını kompensasiya etmək üçün ABŞ-ın vergiləri azaldaraq inflyasiyanı sürətləndirməsi lazımdır."
"Societe Generale" qlobal iqtisadiyyat üçün ikinci önəmli risk Avropada siyasi qeyri-müəyyənlik göstərib. Yaxın perspektivdə regionda bir sıra ölkələrin seçki keçirməsi gözlənilir. Əsas risk olaraq İtaliyadakı seçkilərlə Brexit göstərilib.
Bank üçüncü risk olaraq gördüyü Çin iqtisadiyyatında sərt eniş ehtimallarını 20%-dən 15%-ə endirib. Lakin oktyabr ayında ölkədəki hakim partiyanın plenumundan sonra riskin artması mümkündür. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/societe-generale-maliyye-bazarlari-ucun-esas-riskleri-sadalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR