Robin Danniqan: "Cənub Qaz Dəhlizi" Avropanın enerji resurslarının diversifikasiyasında böyük rol oynayır

Robin Danniqan: "Cənub Qaz Dəhlizi" Avropanın enerji resurslarının diversifikasiyasında böyük rol oynayır
19:50 31 May 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə biz iki ölkə arasında əməkdaşlığı müzakirə etdik, o cümlədən ABŞ-ın "Cənub Qaz Dəhlizi" layihəsinə dəstəyini vurğuladıq.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda Amerika Birləşmiş Ştatları dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini Robin Danniqan deyib.

Onun sözlərinə görə, görüşdə tərəflər bütün istiqamətlərdə əməkdaşlığı müzakirə ediblər.

R.Danniqan qeyd edib ki, "Cənub Qaz Dəhlizi" kimi belə böyük layihənin həyata keçirilməsi üçün çoxlu ölkə və tərəfdaşları cəlb etməklə açıq dialoq vacibdir: "Bu layihə Avropanın enerji resurslarının diversifikasiyasında böyük rol oynayır".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2761216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR