"Totti əfsanəvi futbolçu olsaydı, "Roma" cəmi 1 skudetto qazanmazdı"

"Totti əfsanəvi futbolçu olsaydı, "Roma" cəmi 1 skudetto qazanmazdı"
20:05 31 May 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Françesko Totti ötən həftəsonu "Roma"da son matçına çıxdı. Kapitanın vida nitqi bir çox azarkeşləri təsirləndirdi. Amma Fransa millisinin sabiq üzvü Kristof Dyuqarri italiyalı hücumçu haqqında fərqli fikirdədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 1998-ci ilin dünya çempionu Tottini əfsanəvi futbolçu hesab etmir.

"Tottini əfsanələrlə bir sıraya qoya bilmərəm. O, deyildiyi qədər güclü futbolçu olsaydı, "Roma" cəmi 1 skudetto qazanmazdı. Əfsanəvi oyunçu komandasına daha çox titul qazandırır. Əlbəttə, söhbət böyük futbolçu və onun "Roma" tarixçəsindən gedir. Həmin komandada xeyli qollar vurmağına baxmayaraq, Tottini ən yaxşılar sırasında görmürəm. O, dünya çempionu olub. Amma əsas qəhrəman deyildi, tez-tez meydana çıxmırdı. İki ehtimal var. Ya "Roma"dan getmək istəmirdi, ya da maraqlı təkliflər almırdı" - Dyuqarri deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/550003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR