"Tramp"ın başını kəsib, "Instagram"da paylaşdı -

"Instagram"da ABŞ-ın məşhur gülüş ustası Keti Qriffinin, əlində kəsilmiş insan başı tutduğunu özündə əks etdirən video yayılıb. Başın bilərəkdən Donald Trampın başına bənzədilməsi böyük səs-küy yaradıb.

Metbuat.az-ın məlumatına görə, Qriffinin bu hərəkətinə ilk sərt reaksiya sabiq ABŞ prezidenti Bill Klintonun qızı Çelsidən gəlib. "Bu, biabırçılıqdır. Bir prezidentin ölümünü məsxərəyə qoymaq gülməli deyil", - deyə o, bildirib.

Çox keçmədən Donald Tramp özü də "Twitter" hesabı vasitəsilə Qriffinin cavabını verib: "Keti özündən utanmalıdır. Uşaqlarım, xüsusilə də 11 yaşlı oğlum Barron ona görə qorxulu anlar yaşadı. Xəstə!"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR