Bu moteldə qalmaq istərdiniz? - FOTO

Bu moteldə qalmaq istərdiniz? - FOTO
20:12 31 May 2017
Ölkə mətbuatı
A- A+

Rəflərdəki şüşə klounlar, hər gülüşdə təhdid və qorxunun olduğu rəsmlər və yaxınlıqda, qonşuluqda viranəyə bənzəyən qəbristanlıq. Belə məkanda, bu moteldə qalmaq istərdinizmi?

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "The Clown Motel" ABŞ-ın Nevada şəhərindəki kiçik Tonopa şəhərində, Las-Veqasdan 150 km şimal-qərbdə, İ-95 və İ-6 avtotraslarının arasında yerləşir.

Məşum təsir bağışlayan tematik moteldə yüzlərlə kloun kuklası, foyedə isə böyük kloun heykəli var.

Hər nömrədə divardan kloun portreti asılıb. Xidmətçi qadınlar da kloun şalvarları geyiniblər.

Motelin müştəriləri adətən baykerlər və ağır tonnajlı yük maşınlarının, TİR-lərin sürücüləridir.

Qonşuluqdakı qəbristanlıqda isə 300 məzar var.

Məşhur yazıçı Stiven Kinq yazmışdı: "Kimsə gecəyarısında kloun görmək istəməz". Amma yolunuz Nevada ştatından keçirsə, gecənin bir aləmində İ-95 və İ-6 traslarının arasındakı ərazidəsinizsə, bu moteldən savayı seçiminiz olmaya bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR