5 gün öncə boşanan məşhur müğənni evlənir -

Türkiyəli müğənni Mustafa Ceceli toya hazırlaşır.

Metbuat.az xəbər verir ki, müğənni Selin İmerle olan münasibətlərini etiraf edərək, toya hazırlaşdıqlarını bildirib:

“Bildirmək istəyirəm ki, bu, bizim özəl həyatımızdır. Atacağımız addımlarla bağlı kiməsə izahat verməyə borclu deyilik. Hazırda Amerikadayam, Selin isə İstanbuldadır. Türkiyəyə qayıdan kimi evlənəcəyik”.

Qeyd edək ki, Mustafa Ceceli 9 illik həyat yoldaşından 5 gün öncə boşanıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR