Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb
20:32 31 May 2017
Ölkə mətbuatı
A- A+

Tbilisi. 31 may. REPORT.AZ/ Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov mayın 31-də Türkiyə Respublikasının Batumidəki baş konsulu Yasin Temizkan ilə görüşüblər.
Baş konsulluqdan “Report”un Gürcüstan bürosuna bildiriblər ki, G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların mədəniyyət və irsinin mühafizəsi, dünyada tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi və planlaşdırdığı layihələrindən bəhs edib.
Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinin vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin, əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. 



Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/azerbaycan-ile-turkiye-arasinda-dostluq-munasibetlerinin-genislendirilmesi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR