"Atamla anama dedim ki, kişi yox, qadın sevirəm" - FOTO

"Atamla anama dedim ki, kişi yox, qadın sevirəm" - FOTO
20:37 31 May 2017
327 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Ölkəmizdəki cinsi azlıqların mənsublarının zorla aparıldıqları və "reabilitasiya mərkəzləri" adlanan klinikalar sanki ölüm düşərgələri, işgəncə mərkəzləridir. Burada insanlara çox sərt təzyiqlər edilir, onlarla pis davranırlar".

Milli.Az Huck-a istinadən bildirir ki, ekvadorlu fotoqraf Paola Paredes lesbiyandır. 31 yaşlı Paredes üç il əvvəl bunu valideynlərinə etiraf edib.

"Həmişə olduğu kimi, həmin axşam da ailəmiz şam yeməyi üçün masa arxasında idi. Onlara lesbiyan olduğumu deməliydim. Qorxurdum, cəsarət etmirdim. Dərindən nəfəs aldım və dedim: "Ata, ana - mən lesbiyanam! Kişi yox, qadın sevirəm..." Otaqda üç fotokamera quraşdırmışdım. Atam, anam və iki bacımla üç saat çəkən söhbətimizin hər kadrı çəkildi. Sonra o fotoları sosial şəbəkələrdəki profillərimdə yaydım. Dünyanın ən müxtəlif ölkələrindən olan minlərlə insan məni dəstəklədi," - Paolo Paredes deyib.

Bir il sonra isə Paolanın rəfiqələrindən biri ona Ekvadorda fəaliyyət göstərən, cinsi azlıqların "müalicəsi" üçün nəzərdə tutulmuş reabilitasiya mərkəzlərindən bəhs edib.

Belə mərkəzərdə "müalicə metodları" qismində ac və susuz saxlama, hətta zorlamadan da istifadə olunur.

Qrafik dizayner olan Paola indi Londonda yaşayır. O, vətəni Ekvadordakı başabəla klinikalarla bağlı fotosessiya hazırlamaq üçün aylarla vaxt sərf edib.

"Ekvadordakı belə klinikalarda narkomanlar, yetkinlik yaşına çatmayıb hamilə qalanlar da "müalicə" olunur. Klinikanı tərk etməyin yeganə yolu "uğurlu reabilitasiya"dır. Reabilitasiya mərkəzlərinin devizi belədir: "Sən dəyişənədək!" Orada insanların yoxa çıxmaları, itkin düşmələri ilə bağlı faktlar da var. "Müalicə" zamanı "pasiyent"i buzlu suda çimizdirmək, diz çökdürərək zorla dua etdirmək, elektroşok "terapiya"sına məruz qoymaq adi haldır", - P.Paredes deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR