Arsen Venqerin "taleyinə" aydınlıq gəldi

Arsen Venqerin "taleyinə" aydınlıq gəldi
20:42 31 May 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Arsen Venqer "Arsenal"da işini davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəsis klubla 2019-cu ilin yayına kimi müqavilə imzalayıb. Onun əvvəlki müqaviləsi bu yay başa çatırdı.

"Məqsədimiz Premyer Liqa və Avropa kuboklarında qalib gəlməkdir. Azarkeşlər, personal, futbolçu və məşqçilərin istədiyi budur. Məqsədimizə nail olmayınca sakitləşməyəcəyik. Arsen buna kömək edə biləcək şəxsdir. Onun zəngin təcrübəsi var və bizim dəstəyimizi aldı", - klubun sahibi Sten Kronke deyib.

67 yaşlı Venqer 1996-cı ildən "topçular"a rəhbərlik edir. Ötən mövsüm Premyer Liqada 5-ci yeri tutan "Arsenal" İngiltərə Kubokunu qazanmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR