Narkotik bitki yetişdirənlər tutuldu - Saatlıda

Narkotik bitki yetişdirənlər tutuldu - Saatlıda
20:59 31 May 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

Həyətində çətənə kolları yetişdirən Saatlı sakini saxlanılıb.

 

APA-nın mil-Muğan bürosunun məlumatına görə, Saatlı polis şöbəsinin əməkdaşları rayon sakini, 1972-ci il təvəllüdlü Rzayev Faiq Ağabala oğlunun yaşadığı Cananşir küçəsi ev 3 ünvanında yerləşən həyətyanı sahədə narkotik tərkibli çətənə kolları yetişdirdiyi məlum olub.

 

Həmin həyətdə yerləşən yarımtikilidə 61 ədəd, hündürlüyü 1,8 -2,0 metr olan kultivasiya yolu ilə yetişdirilən və qulluq edilən narkotik vasitə olan çətənə kolları aşkar olunaraq götürülüb.

 

Həmçinin onun yaşadığı evə baxış keçirilərkən oradan kibrit qutusunda qablaşdırılmış 7,36 qram qurudulmuş marixuana  aşkar olunub.

 

Faktla bağlı Saatlı polis şöbəsində cinayət işi açılıb araşdırma aparılır.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR